Buğda və Un İstehsalçıları Assosiasiyasında, yaxın iki ay ərzində Gürcüstanda çörəyin qiymətinin artması üçün heç bir ilkin şərt olmadığını bildirirlər
Buğda və Un İstehsalçıları Assosiasiyasında, yaxın iki ay ərzində Gürcüstanda çörəyin qiymətinin artması üçün heç bir ilkin şərt olmadığını bildirirlər

 
Yaxın iki ayda çörəyin qiymətinin artması üçün heç bir ilkin şərt yoxdur -bu barədə Buğda və Un İstehsalçıları Assosiasiyasının icraçı direktoru, Levan Silaqava bildirib.

Onun sözlərinə görə, ölkədə bir aylıq buğda və un ehtiyatı var, ona görə də hər hansı ani zərbə ehtimalı azdır.

“Bizim üçün, eləcə də dövlət üçün bu mərhələdə ölkədə nəyin bahasına olursa-olsun tədarük ehtiyatının olması vacibdir, çünki ölkələr buğda axtarır və yeni logistik xətt üzərində qərarlaşmağa çalışırlar. Qiymət yüksək olacaq, lakin buğda mütləq gətiriləcək, bunun zəmanəti var. Buğda qiyməti və ya lari məzənnəsindən irəli gələrək, qiymətlər dəyişməyə başlayıbsa, bu artıq dövlətin səlahiyyətindədir. Onlar bizimlə görüşdə bildirdilər ki, dalğalanma olarsa, çörəyin bahalaşmasını əhalinin hiss etməməsi üçün müəyyən subsidiya mexanizmi ilə müdaxilə etməyə hazırdırlar. Tədarükümüzün olması bizi çox qoruyur, təhlükəsizlik yastığıdır”-deyə Levan Silaqava bildirib.

Uzunmüddətli perspektivə gəlincə, Levan Silaqavanın sözlərinə görə, assosiasiya artıq alternativ bazarlar üzrə, o cümlədən Qazaxıstanla işləyir.