Bu vaxta olan məlumata görə, Qudauridə qəzaya uğrayan helikopterdə 6 nəfər olub

 

Qudauridə qəzaya uğramış Sərhəd Polisinə məxsus helikopterdə, ehtimal ki, altı nəfər olub.

Gürcüstanın Birinci Kanalının jurnalisti , sözügedən məlumatın hələlik rəsmi olaraq təsdiqlənmədiyini bildirib.

Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məlumatda, helikopterdə ekipajdan başqa xilasedicilərin və tibb işçilərinin olduğu deyilir.

Qurum tərəfindən verilən məlumatda, helikopterlə Qudauridə düşmüş paraplançıların xilasetmə əməliyyatının aparıldığını bildiriblər.