Bu vaxta olan məlumata əsasən Kutaisidə yerləşən Gürcüstan Bankının filialından bir neçə girov azad edilib
Bu vaxta olan məlumata əsasən Kutaisidə yerləşən Gürcüstan Bankının filialından bir neçə girov azad edilib.
Daxili İşlər Nazirliyində hələlik rəsmi açıqlama verilməyib.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi saat təxminən 13:00 radələrində silahlı şəxsin binada 12 girov saxladığı barədə məlumat yayıb. Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunduğu üzrə, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz şəkildə sərbəst buraxılması üçün bütün lazımi tədbirləri görürlər.
Mövcud məlumata əsasən, Gürcüstan Bankının filialına basqın təşkil edən hücumçu iki milyon dollarla yanaşı, helikopter, tor və Rusiya bayrağı tələb edib.
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bankın yerləşdiyi ərazidədir. Nazir hələlik mətbuata açıqlama verməyib.