Bu il Turizm Administrasiyası dünyanın nüfuzlu media vasitələri və bloqerləri üçün 54 press-tur keçirib
Bu il Milli Turizm Administrasiyası dünyanın nüfuzlu media vasitələrini qəbul edib. Milli Turizm Administrasiyası yüksək reytinqli beynəlxalq media nümayəndələri, bloqerlər və influenserlər üçün 54 press-tur keçirib və 482 nəfəri qəbul edib.
Administrasiyanın dəvəti ilə “National Geographic”, “Conde Nast Traveler”, “The Financial Times”, “Independent”, “Steller” və digər nüfuzlu media vasitələrinin və platformaların nümayəndələri Gürcüstanın turizm potensialı ilə tanış olublar. Turlar nəticəsində Gürcüstanın turistik istiqamətləri haqqında yüzlərlə post, məqalə, süjet və videoçarx hazırlanıb və onlarla bütün dünyada milyonlarla insan tanış olub.
Press-turlara paralel olaraq Milli Turizm Administrasiyası hədəf turizm bazarlarından olan beynəlxalq turizm şirkətlərini qəbul etmiş, aviaşirkətlərlə əməkdaşlıq çərçivəsində tədbirlər planlamış və həyata keçirmişdir. Səkkiz tanışlıq turu nəticəsində 58 turoperator Gürcüstanın turizm istiqamətləri, kurortları və infrastrukturu ilə tanış olub. Tur çərçivəsində xarici turoperatorlar əməkdaşlıq məqsədilə gürcü həmkarları ilə görüşüblər.
Məlumatı Milli Turizm Administrasiyası yayır.