Yoluxucu Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin məlumatına görə, 11 noyabr 2021-ci il tarixinə 457 yeni yoluxma halı qeydə alınıb. Ötən ilin müvafiq dövründə 471 yeni yoluxma faktı aşkar edilib.
Yoluxucu Xəstəliklər, QİÇS və Kliniki İmmunologiya Mərkəzinin məlumatına görə, Gürcüstanda 6795-i kişi, 2294-ü qadın olmaqla ümumilikdə 9089 QİÇS-ə yoluxmuş şəxs qeydiyyatdadır. Xəstələrin əksəriyyəti 29-39 yaş arasındadır. 4441 xəstədə QİÇS inkişaf edib. 1889 xəstə dünyasını dəyişib. Noyabrın 11-nə olan məlumata görə, 5709 xəstə ARV müalicəsi alır. Onların arasında 43 uşaq da var.
Qeydə alınmış halların ötürülmə yolu ilə bölgüsü aşağıdakı kimidir: 35,1% (3187) – inyeksion narkotik istifadəçiləri; 50,1% (4557) – heteroseksual təmas nəticəsində yoluxmuş; 12,6% (1141) – kişilərlə cinsi əlaqədə olan kişilər; 1,2% (113) – şaquli ötürülmə yolu ilə yoluxmuş; 0,5% (41) – qan alıcısı; 0,5% (50) – Ötürülmə yolu məlum deyil.
Yoluxma hallarının əksəriyyəti Tbilisidə qeydə alınıb (3410 hadisə, onlardan 87-si xarici ölkə vətəndaşıdır, 2-nin şəxsiyyəti məlum deyil); Sameqreloda 1216; Sonra İmeretidə 1088; Acarıstanda 1045; Abxaziyada (536); Kaxetidə (453) Kvemo Kartlidə (521); Şida Kartlidə (346); Quriyada (193); Samtsxe-Cavaxetidə (124) və s.
Gürcüstanda yoluxmuş 120 uşaq müəyyən edilib. Onlardan 72-si oğlan, 48-i qızdır. 30 dünyasını dəyişib. Üç nəfər ölkəni tərk edib.