Bu gündən Rustavidə üç lokasiyada daşınan vaksinasiya məntəqəsi təşkil edildi
Bu gündən Rustavidə üç lokasiyada daşınan vaksinasiya məntəqəsi təşkil edildi

Bu gündən Rustavidə üç lokasiyada daşınan vaksinasiya məntəqəsi təşkil edildi. Yerli əhaliyə məntəqələr Çğondideli qəsəbəsində, Ağmaşenebeli küçəsində və 12-ci mikrorayonda 23-cü məktəbin ərazisində xidmət edəcək.

Vətəndaşlar bu mərhələdə  sinoval və fayzer vaksini ilə peyvənd oluna bilərlər.

Vaksinasiya məntəqələri hər gün saa 10:30-dan saat 18:00-a qədər işləyəcəklər.

Şəhərin meri, İrakli Tabağua peyvənd mərkəzlərini şəxsən gözdən keçirdi. Onun dediyinə görə, vaksinasiya dinamikasına yerli hakimiyyət fəal izləyəcək və lazım olduğu təqdirdə daşınan məntəqələr başqa lokasiyalarda da artırılacaq.