Bu gündən noyabrın 15-i də daxil olmaqla mövsümi qrip əleyhinə peyvənd istəyən hər kəs üçün pulsuz olacaq
Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatına əsasən, bu gündən noyabrın 15-i də daxil olmaqla mövsümi qrip əleyhinə peyvənd istəyən hər kəs üçün pulsuz olacaq.
“Dövlət immunlaşdırma proqramı çərçivəsində peyvəndləmə Abbott Biologicals B.V. şirkətinin istehsalı olan dördkomponentli vaksinlə mümkün olacaq. Peyvənd qrip mövsümündə sirkulyasiya etməsi gözlənilən ştamlara uyğunlaşdırılıb.
Peyvənd altı aylıq yaşdan etibarən peyvəndləmə xidməti göstərən istənilən tibb müəssisəsində mümkündür və benefisiarlar üçün tamamilə pulsuzdur.
İmmunlaşdırma xidmətləri göstərən müəssisələrin siyahısı ilə keçiddə tanış olmaq olar” – Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.