Bu gündən iyulun 6-dək Zestaponidə, Tamar Mepe küçəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Bu gündən iyulun 6-dək Zestaponidə, Tamar Mepe küçəsində yüngül avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunda, Zestaponidə, Tamar Mepe küçəsində (Ğavebi küçəsi ,193km -195km) cari ilin iyunun 27-dən iyulun 6-dək, vaxtaşırı işlər həyata keçiriləcək, bu səbəbdən sözügedən hissədə yüngül avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Qoşqulu və yarımqoşquların hərəkəti beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunda, Zestaponinin Tamar Mepe küçəsi ilə həyata keçiriləcək. Bu müddət ərzində avtonəqliyyatın qalan hissəsi Zestaponi şəhərindən keçməklə hərəkət edəcək.