Bu gündən Gürcüstandan buğda ixracına qoyulan qadağa aradan götürüldü
Hökumətin qərarına əsasən, buğda ixracına qoyulan qadağa vaxtından əvvəl aradan götürüldü. Qeyd olunan məhdudiyyət bu gündə qüvvədə deyil. Məlumatı Gürcüstanın Birinci Kanalına Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyindən təsdiqlədilər.
Xatərladaq ki, ötən il, Gürcüstan hökumətinin qərarı ilə, 2022-ci il iyulun 4-dən 2023-cü il iyulun 4-dək Gürcüstandan buğda və arpa ixracı qadağan edildi. Arpa ilə bağlı qadağa tezliklə aradan götürüldü, lakin buğda üzrə bu günə qədər qüvvədə idi.
Halbuki, bir neçə gün bundan əvvəl, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Otar Şamuqiya açıqladı ki, qida təhlükəsizliyi baxımından ölkədə heç bir risk artıq mövcud deyil, müvafiq olaraq, qeyd olunan qadağanın vacibliyi də durmur.