Bu gündən etibarən 2011-ci ilin iyulun 28-dək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələrinin pulsuz dəyişdirilməsi mümkün olacaq
Bu gündən etibarən 2011-ci ilin iyulun 28-dək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələrinin pulsuz dəyişdirilməsi mümkün olacaq

 
Bu gündən etibarən 2011-ci ilin iyulun 28-dək verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələrinin pulsuz dəyişdirilməsi mümkün olacaq.

Xidmətlərin İnkişafı Agentliyinin yaydığı məlumata əsasən, “Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatının, şəxsiyyət (yaşayış) vəsiqəsinin və Gürcüstan vətəndaşının pasportunun verilməsi qaydası haqqında” Gürcüstan qanununda edilmiş dəyişikliyə əsasən, 2024-cü ilin iyulun 1-dən 2011-ci ilin iyulun 28-dək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələri ləğv ediləcək.

“Ədliyyə Nazirliyi 2024-cü ilin martın 15-dən qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələrinin sahibləri üçün şəxsiyyət vəsiqəsinin elektron şəxsiyyət vəsiqələri (ID kart) ilə pulsuz dəyişdirilməsini təmin edəcək.

2011-ci ilin iyulun 28-dək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqəsinin elektron şəxsiyyət vəsiqəsi (ID kart) ilə pulsuz dəyişdirilməsi məqsədilə ölkə miqyasında Ədliyyə Evlərinə və Səyyar Ədliyyə Evlərinə müraciət edin”-Xidmətlərin İnkişafı Agentliyinin yaydığı məlumatda qeyd olunub.