Bu gündən etibarən 18 metrlik avtobuslar 314 nömrəli marşrutu ilə fəaliyyətə başlayıb
MAN markalı yeni avtobuslar bu gündən 314 nömrəli marşrutu ilə fəaliyyətə başlayıb. Bu barədə Tbilisi meriyası məlumat yayır.
Meriyadan verilən məlumata əsasən, sözügedən marşrut üzrə hərəkət edən 12 metrlik avtobuslar 18 metrlik avtobuslarla əvəz olunub.
“Sıxılmış təbii qazla işləyən (CNG) avtobuslar 43-ü oturacaq olmaqla 162 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılıb: əlil arabasının təhlükəsiz yerləşdirilməsi üçün salonda xüsusi yer ayrılıb, həmçinin açılan pandus da var; Tbilisinin iqlim şəraiti üçün nəzərdə tutulmuş müasir standart, inteqrasiya olunmuş istilik, kondisioner və ventilyasiya sistemi quraşdırılmışdır;
Avtobuslar səsli məlumat, həmçinin daxili və xarici video monitorinq sistemləri, digər müasir təhlükəsizlik sistemləri ilə təchiz edilib. Həmçinin mobil telefonların enerji doldurma məntəqələri və WIFI avadanlığı da yerləşdirilib.
Qeyd edək ki, munisipalitet nəqliyyat islahatı çərçivəsində 160 ədəd 18 metrlik avtobus satın alıb.302 və 308 nömrəli yeni avtobuslar artıq sərnişinlərə xidmət göstərir. 301 nömrəli marşrut üzrə də 18 metrlik avtobusların paylanması planlaşdırılıb”, – meriyanın məlumatında qeyd olunub.