Bu gündən aprelin 29-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı seçkiqabağı kampaniya başlayıb
Bu gündən aprelin 29-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı seçkiqabağı kampaniya başlayıb

 

Bu gündən aprelin 29-da keçiriləcək növbədənkənar seçkilərlə bağlı seçkiqabağı kampaniya başlayıb. MSK-nın mətbuat xidmətinin katibi Natia İoselianinin bu gün Mərkəzi Seçki Komissiyasında keçirilən brifinqdə açıqladığı üzrə, bu gündən seçki qanunvericiliyində nəzərdə tutulmuş seçkiqabağı təşviqat çərçivəsində bir sıra tənzimləmələr qüvvəyə minib, seçki prosesinin demokratik keçirilməsi üçün onlara riayət edilməsi ən mühüm amillərdən biridir.

“Seçki administrasiyası üçün aprelin 29-da keçiriləcək aralıq və növbədənkənar seçkilər xüsusi əhəmiyyət kəsb edir, çünki bu seçkilərdə ilk dəfə elektron texnologiyalardan geniş miqyasda istifadə olunacaq. Təbii ki, seçki administrasiyası seçki prosesinin qanunvericiliyə tam əməl olunmaqla, şəffaf və yüksək peşəkarlıq səviyyəsində keçirilməsi üçün hər şeyi etməyə hazırdır və hər şeyi edir, hərçənd biz inanırıq ki, seçki islahatının həyata keçirilməsi və elektron texnologiyaların uğurlu şəkildə tətbiqi seçkilərdə iştirak edən bütün tərəflərin məsuliyyətidir. Məhz seçki qanunvericiliyinə, seçkiqabağı təşviqat qaydalarına əməl olunması, seçicilərin dəqiq, düzgün məlumatlandırılması seçki prosesinin demokratik şəkildə keçirilməsini və texnologiyaların uğurla tətbiqini şərtləndirəcək. Biz, seçki administrasiyası, seçki subyektləri, qeyri-hökumət təşkilatları və media bu prosesi birlikdə təşviq etməliyik, çünki texnologiyadan istifadə seçki mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq və seçki prosesini sadələşdirəcək ki, bu da 2024-cü ilin seçkiləri üçün texnologiyanın genişmiqyaslı tətbiqi istiqamətində möhkəm zəmin yaradacaq.

Hamımız birlikdə aprelin 29-da keçiriləcək seçkilərin yüksək standartlara uyğun keçirilməsini təmin etmək üçün bir daha seçki prosesində iştirak edən tərəfləri seçkiqabağı təşviqat qaydalarına əməl etməyə çağırmaq istərdik”-deyə Natia İoseliani açıqlayıb.