Bu gündən altı ay ərzində Macarıstan Avropa Şurasına sədrlik edəcək ölkə olacaq
Bu gündən altı ay ərzində Macarıstan Avropa Şurasına sədrlik edəcək ölkə olacaq

 
Bu gündən altı ay ərzində Macarıstan Avropa Şurasına sədrlik edəcək ölkə olacaq.

Ölkələr rotasiya prinsipi ilə Avropa İttifaqına sədrlik edəsi olurlar. Bu vəzifə real olaraq ölkələrə az səlahiyyət verir, lakin buna baxmayaraq, sədrlik edən ölkənin gündəliyə öz prioritetlərini salmaq imkanı var.

Budapeştin yeddi prioritetindən biri isə ardıcıl və layiqliliyə əsaslanan genişlənmə siyasəti olacaq.

“Genişlənmə ilə yanaşı, rəqabətqabiliyyətlilik, müdafiə, qeyri-qanuni miqrasiya, regional inkişaf, kənd təsərrüfatı siyasəti və demoqrafiya Macarıstanın sədrliyinin prioritetləri olacaq” – prezidentin veb saytında qeyd olunub.

2024-cü il Avropa İttifaqının təsisatlarında keçid ilidir və sədrlik dövründə Macarıstan yeni Avropa Parlamenti və yeni Avropa Komissiyası ilə şuranın ləngimə olmadan fəaliyyətini təmin etməli olacaq.

“Macarıstan həqiqətən güclü Avropanın sülhü, təhlükəsizliyi və firavanlığı naminə səmimi əməkdaşlıq ruhunda üzv dövlətlər və təsisatlar arasında səmimi vasitəçi kimi çalışacaq”– Macarıstanın Avropa İttifaqının sədrliyinin saytında deyilir.

Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyinin şüarı “Avropanı yenidən möhtəşəm edək”dir (Make Europe Great Again).