Bu gün televiziyamızın doğum günüdür - birinci televiziya yayımçılığından 66 il ötür
Bu gün televiziyamızın doğum günüdür - birinci televiziya yayımçılığından 66 il ötür

 

Gürcüstanda birinci televiziya yayımçılığından 66 il ötür. Bu gün İctimai Yayımçı iki telekanalı – Birinci Kanal ,Teleməktəb; iki radio – Gürcüstan Radiosu, Gürcüstan Radiosu 2; Onlayn platforma 1tv.ge və bir sıra rəqəmsal məhsulları birləşdirir.

Birinci Kanal bazarda gürcü veriliş və layihələrinin ən böyük istehsalçısıdır və hər il gürcü yaradıcılıq sektoruna və iqtisadiyyatına önəmli töhfə verir.

“Hər bir il qazanılmış təcrübədir, bu, tərəqqi və inkişaf üçün mühüm ilkin şərtdir. Bu gün birinci televiziya yayımçılığından 66 il ötür, yayımçının müxtəlif nəsillərdən olan nümayəndələri televiziyanın ad gününü birlikdə qeyd edirik. Fikrimcə, yaddaşlarımızda xüsusi yer tutacaq, emosional və xoş bir axşam olacaq. Yeni iliniz mübarək, Birinci Kanal Gürcüstanın olduğu yerdədir”- deyə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili açıqlayıb.

Gürcüstan televiziyasının ilk proqramı 1956-cı ilin dekabrın 30-da yayımlanıb, bu da ölkəmizin tarixində mühüm hadisə idi. Əvvəlcə proqramlar həftədə üç dəfə iki saat yayımlanırdı.

2013-cü ildə İctimai Yayımçı ənənənin əsasını qoydu və Mtatsminda parkında, teleqüllənin ərazisində əfsanəvi televiziya simalarının: Aleksandra Machavariani, Lia Mikadze, Culieta Vaşakmadze, Janeta Archvadze, Nuqzar Cuğeli, Tenqiz Natadze, Davit Sokolov, İrina Matiaşvili, Tina Mqaloblişvili və İrma Qurielinin adına ulduzlar açdı.