Bu gün parlamentdə məhkəmə islahatı məsələləri üzrə işçi qrupunun iclası keçiriləcək
Bu gün parlamentdə məhkəmə islahatı məsələləri üzrə işçi qrupunun iclası keçiriləcək

 

Avropa Komissiyasının tövsiyələrindən irəli gələrək bu gün parlamentdə məhkəmə islahatı məsələləri üzrə işçi qrupunun iclası keçiriləcək.

Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin sədri Anri Oxanaşvili jurnalistlərə bildirib ki, işçi qrupunun üzvləri tərəfindən qaldırılan 30-a yaxın məsələ müəyyən edilib.

Deputat bildirib ki, bugünkü görüşdə müzakirə predmeti Ali Ədliyyə Şurasına kadrların seçimi və qərarların qəbulu, eləcə də hakimlərin vəzifədə irəli çəkilməsi və məhkəmə sədrlərinin seçilməsi olacaq.

“Ümid edirəm ki, bütün bunlar məhsuldar olacaq. Proses maksimal şəkildə açıqdır. Bizim əsas vəzifəmiz dəyişikliklərin inkişaf etmiş, hüquqi yanaşmalara əsaslanmasıdır. Sınaqlar keçirməyə vaxtımız yoxdur, məqsədimiz ən yaxşı beynəlxalq model əsasında dəyişikliklər etməkdir” – deyə Oxanaşvili bildirib.

Ehtimal ki, işçi qrupu daha bir iclas keçirəcək, iclasdan sonra dəyişikliklər hazırlanacaq və təşəbbüsü qaldırılacaq.