Gürcüstan Parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.
Bəyanatda qeyd olunduğu kimi, bu gün Parlament binasına girişə məhdudiyyət rejim qüvvəyə minəcək.
“Gürcüstan Parlamenti sədrinin 30 dekabr 2016-cı il tarixli N259/3 nömrəli “”Parlament Sarayında və həndəvər ərazidə təhlükəsizlik rejimi haqqında” sərəncamı ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, cari ilin martınn 31-də giriş-çıxış məhdudlaşdırılacaq, media nümayəndələri istisna olmaqla.
Bu tədbirin məqsədi mümkün təxribatların qarşısını almaq və Gürcüstan Parlamentinin üzvləri və aparatın əməkdaşları üçün iş şəraitinin təmin edilməsidir”, – Gürcüstan Parlamentində bəyan edirlər.
Gürcüstan prezidenti, Salome Zurabişvili bu gün Parlamentdə hərillik məruzə ilə çıxış edəcək.