Bu gün Parlament binasına girişə məhdudiyyət rejim qüvvəyə minəcək
Bu gün Parlament binasına girişə məhdudiyyət rejim qüvvəyə minəcək

Gürcüstan Parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayır.

“Gürcüstan Parlamenti sədrinin 30 dekabr 2016-cı il tarixli N259/3 nömrəli “”Parlament Sarayında və həndəvər ərazidə təhlükəsizlik rejimi haqqında” sərəncamı ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, mayın 27-də giriş-çıxış məhdudlaşdırılacaq, media nümayəndələri istisna olmaqla.

Bu tədbirin məqsədi mümkün təxribatların qarşısını almaq və Gürcüstan Parlamentinin üzvləri və aparatın əməkdaşları üçün iş şəraitinin təmin edilməsidir”, – Gürcüstan Parlamentində bəyan edirlər.

Parlamentdə bu gün interpelasiya qaydası ilə hökumətin dörd üzvünü, o cümlədən baş naziri dinləyəcəklər.