Bu gün Nutsa Buzaladze Avroviziya Mahnı Müsabiqəsində 11-ci nömrə ilə çıxış edəcək
Bu gün Nutsa Buzaladze Avroviziya Mahnı Müsabiqəsində 11-ci nömrə ilə çıxış edəcək

 
Bu gün saat 23:00-da İsveçin Malmö şəhərində Gürcüstan təmsilçisi Nutsa Buzaladzenin öz müsabiqə mahnısı “Firefighter”i ifa edəcəyi Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.

Gürcüstanla birlikdə Yunanıstan, Malta, Niderland, İsveçrə, İsrail, Ermənistan, Norveç, Belçika, Avstriya, Estoniya, Danimarka, San Marino, Albaniya, Çexiya və Latviyanın nümayəndələri bu gün mahnılarını ifa edəcəklər. Həmçinin, bu gün Fransa, İtaliya və İspaniya təmsilçiləri də mahnılarını ifa edəcəklər.

Müsabiqə başlamazdan əvvəl https://www.esc.vote/ saytında ikinci yarımfinalda iştirak edən ölkələr istisna olmaqla, dünyanın bütün ölkələrindən Gürcüstana səs vermək mümkündür. İkinci yarımfinalda iştirak edən ölkələr mayın 9-da, müsabiqə zamanı səs verə biləcəklər. Xatırladaq ki, müsabiqənin qaydalarına əsasən, öz ölkənizə səs verə bilməzsiniz.

Müsabiqənin qaydalarına əsasən, yarımfinaldan finala keçidi yalnız tamaşaçılar həll edir və münsiflər heyəti səsvermə prosesində iştirak etmir.

Gürcüstanın Birinci Kanalı Avroviziya Mahnı Müsabiqəsinin birbaşa translasiyasını təqdim edəcək.