Ailə üzvləri, dostları və həmkarları Zurab Kurtsikidzeni son mənzilinə yola saldılar. Zura son beş ildə Gürcüstanın Birinci Kanalının fotoreportyoru idi. Onun mühüm hadisələri əks etdirən bir çox fotoları arxivimizdə qalıb. Demək olar ki, hər yerdə, qaynar nöqtədə Zura öz fotoobyektivi ilə episentrdə idi. Eyni zamanda, Avropa Mətbuat Beynəlxalq Agentliyi, EPA-da çalışırdı. Həm Gürcüstanda, həm də xaricdə mühüm hadisələri işıqlandırırdı. 2008-ci ilin avqust müharibəsi, Rusiya-Ukrayna müharibəsi, Avromaydan hadisələri, Beslan terror aktı və başqa hadislələri işıqlandırıb.
Zurab Kurtsikidze 2011-ci il iyulun 7-də casusluq ittihamı ilə həbs edilən fotoqraflardan biri idi. Kutsikidze onda ittihamını etiraf etdi, lakin dediyi kimi, təziq nəticəsində. O, günahsızlığını sübut etmək üçün illərlə mübarizə aparırdı. Nəhayət, məhkəmə Kurtsikidze və digər fotoqrafların günahsız olduğunu təsdiqlədi və saxtalaşdırılan işə görə Prokurorluq təzminat ödəməyə məcbur edildi. Fotoreportyorların dediyi kimi, onların həbsinə səbəb 2011-ci il mayın 26-da keçirilən mitinqdə baş verən basqıları və o zaman baş verənləri əks etdirən fotoların beynəlxalq agentliklərdə yayılması oldu.
Zurab Kurtsikidze fotoreportyorluğa 1999-cu ildə “Rezonansi” qəzetində başladı, 2001-ci ildə isə “Axali Versiya” qəzetinə keçdi.