Bu gün əminliklə deyə bilərik ki, Gürcüstan polisi yüksək peşəkarlıqla fəaliyyət göstərir və dünyanın ən yaxşı hüquq-mühafizə sistemləri arasında layiqli yer tutur
Bu gün biz cəsarətlə deyə bilərik ki, Gürcüstan polisi yüksək peşəkarlıqla fəaliyyət göstərir və dünyanın ən yaxşı hüquq-mühafizə sistemləri arasında layiqli yer tutur, – bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Polis Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.
Hökumət başçısının qeyd etdiyi kimi, ötən bir il ərzində Gürcüstanın Daxili İşlər Nazirliyinin institusional gücləndirilməsi və cinayətkarlıqla mübarizə istiqamətində son dərəcə mühüm addımlar atılıb.
“Bu, xüsusilə mütəşəkkil və korrupsiya cinayətləri, eləcə də qanunsuz miqrasiya ilə mübarizəyə aiddir. Bu gün biz cəsarətlə deyə bilərik ki, Gürcüstan polisi yüksək peşəkarlıqla fəaliyyət göstərir və dünyanın ən yaxşı hüquq-mühafizə sistemləri arasında layiqli yer tutur. Bunun ən əsas təsdiqi polisin yüksək nüfuzu və Gürcüstan xalqının polisə göstərdiyi xüsusi etimaddır. Bu son dərəcə çətin yolda sizin əsas dayağınız olan ailələrinizə təşəkkür edirəm; onlar sizinlə birlikdə bu böyük məsuliyyəti bölüşürlər”, – deyə İrakli Kobaxidze bildirib.