Bu gün bir neçə munisipalitetdə Yeni il tədbirləri keçirilir
Bu gün bir neçə munisipalitetdə Yeni il tədbirləri keçirilir

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin təşəbbüsülə, Yeni il tədbirləri “Gürcüstanda Yeni il günləri” davam edir.

Bu gün Duşeti, Xaraqauli, Ğvareli və Axaltsixe sakinləri üçün Milad bazarları, sərgi-satışlar, uşaq əyləncə məkanları təşkil olunub.

Ərazidə taxtadan Yeni il evləri, fotostendlər və instalasiyalar qurulub.

Məlum olduğu üzrə, bütün Gürcüstan miqyasında 63 munisipalitetdə Yeni il tədbirləri keçiriləcək.

“Gürcüstanda Yeni il günləri” dekabrın 24-də başlayıb və yanvarın 13-ü də daxil olmaqla davam edəcək.