Bu gün Avropa Parlamentinə seçkilər başlayıb
Bu gün Avropa Parlamentinə seçkilər başlayıb

Bu gün Avropa Parlamentinə seçkilər başlayıb. “Politico”nun yazdığı kimi, Estoniya bu gündən seçicilərin səsvermə hüququna malik olduğu ilk ölkədir.

Məlumat üçün bildirək ki, Estoniyanın 720 yerlik Avropa Parlamentində ümumilikdə yeddi deputatı olacaq.

Estoniya vətəndaşları üçün Avropa Parlamentinə seçkilər üçün onlayn səsvermə bu gün saat 09:00-da başlayıb və onlar günortadan etibarən seçki məntəqələrinə gedəcəklər.

Estoniya İctimai Yayımının məlumatına görə, saat 12:00-a olan məlumata görə, artıq 5 min insan öz seçimini edib. Səsvermə üç gün davam edəcək.

Sosioloji araşdırmalara görə, bu mərhələdə Estoniyanın keçmiş xarici işlər naziri Urmas Reinsalunun mühafizəkar “Vətən” partiyası liderlik edir.

İyunun 6, 7, 8 və 9-u yeni çağırış Avropa Parlamentinə seçkilərin tarixi olaraq rəsmən elan edilib. İyunun 9-da Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının əksəriyyəti seçimini edəcək.