Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna və İsrailə yardım haqqında qanun layihəsinə baxacaq
Bu gün ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna və İsrailə yardım haqqında qanun layihəsinə baxacaq

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası bu gün Ukrayna, İsrail və digər müttəfiqlərə 95 milyard dollarlıq yardım haqqında qanun layihəsinə baxacaq

Bundan əvvəl Nümayəndələr Palatasında prosessual səsvermə keçirilib və 94-ün əleyhinə 316 palata üzvü dəstəkləyib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin sözlərinə görə, yardım paketi təsdiq edildikdən sonra Ukraynaya köçürüləcək.

“Oktyabr ayından bəri biz açıq şəkildə öz demokratiyasını və azadlığını müdafiə etmək üçün mübarizə aparan cəsur Ukrayna xalqı üçün kömək almağın nə qədər vacib olduğunu deyirik. Daha da vacibi odur ki, onlar Konqresin hərəkətsizliyi ucbatından mövqelərini itirirlər. Biz Nümayəndələr Palatasının irəlilədiyini görməkdən minnətdarıq. Biz bunun Nümayəndələr Palatası və Senat tərəfindən təsdiqlənməsini istəyirik, prezident bunu dərhal imzalayacaq”, – deyə Ağ Evin mətbuat katibi bildirib.