Bu gün 15 ölkə nümayəndəsinin tamaşaçı qarşısında çıxış etdiyi "Avroviziya 2024" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirildi
Tamaşaçıların qərarı ilə, finala 10 ölkə vəsiqə qazandı: Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq.
Müsabiqənin qaydalarına əsasən, yarımfinaldan finala keçidi yalnız tamaşaçı qərar verir və münsiflər heyəti səsvermədə iştirak etmir.
Birinci yarımfinal şousundan finala yüksələn ölkələr, ikinci yarımfinaldan keçən 10 ölkə və Böyük Beşlik ölkələri ilə birlikdə mayın 11-də tamaşaçı qarşısında çıxış edəcək. Müsabiqəyə ev sahibliyi edən ölkə İsveç də avtomatik olaraq finala yüksəlir.
“Avroviziya 2024″ün final müsabiqəsində 26 ölkə ifa edəcək.
Gürcüstanın təmsilçisi Nutsa Buzaladze mayın 9-da ikinci yarımfinalda 11 nömrə altında çıxış edəcək.
“Avroviziya 2024” mahnı müsabiqəsinin translasiyasını Birinci Kanal təqdim edəcək.