Brüsseldə NATO ministerialı keçirilir və burada Gürcüstan Xarici İşlər naziri, İliya Darçiaşvili iştirak edir
Brüsseldə NATO ministerialı keçirilir və burada Gürcüstan Xarici İşlər naziri, İliya Darçiaşvili iştirak edir. NATO-nun baş katibi, Yens Stoltenberqin ministerialın başlamasına qədər bəyan etdiyi kimi, ministerialda NATO partnyor ölkələrinin iştirakı əhəmiyyətlidir.
Stoltenberqin dediyinə görə, NATO ministerialın iştirak Ukraynaya dəstəkdə vahidliyin ılamətidir.
“Bu gün bizə Ukrayna, Gürcüstan, Finlandiya, İsveç və Avropa İttifaqından olan partnyorlarımız qoşulacaq. Həmçinin Asiya-Sakit Okean üzrə partnyorlarımız – Avstraliya, Yaponiya, Koreya Respublikası və Yeni Zelandiya. Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın təhlükəsizliyinə böyük təsir göstərir, lakin bu, həm də bütün beynəlxalq nizamı-intizamı pozdu. Bu gün partnyorlarımızın burada olması Ukraynaya dəstək, Rusiyanın təcavüzünü pisləmək və beynəlxalq asayişin qaydaları əsasında nizam-intizamı qorumaqda birliyimizə işarədir. Xarici işlər naziri, Dmitri Kulebanı xüsusilə alqışlayırıq. Ukrayna xalqı öz cəsarəti və çalışqanlığı ilə hamını ruhlandırdı”, – Stoltenberq bəyan etdi.