NATO-nun Xarici İşlər Nazirləri bu gün Brüsseldə görüşəcəklər.
Ministerialın əsas mövzusu Londonda, dekabrın 4-5-də planlaşdırılan liderlər görüşünə hazırlıq olacaq.
Brüsseldə keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberqin bəyan etdi ki, alyans daxilindəki fikir ayrılığına baxmayaraq, NATO son 70 il ərzində gücləndi və bir milyarddan artıq insanın təhlükəsizliyini qoruyur.
Nazirlər həmçinin NATO-nun terorizmlə mübarizədəki rolunu müzakirə edəcəklər.
Həmçinin alyansın Rusiyaya qarşı, Çinin güclənməsi məsələsinə, enerji təhlükəsizliyi və silahlandırma nəzarətinin gələcəyinə qarşı olan münasibəti də müzakirə olunacaq.
NATO baş katibinin dediyinə görə, NATO Avropa və Şimali Amerikayı birləşdirən və strateji təhlükəsizlik problemləri haqqında müzakirələrin edildiyi yeganə forumdur.