Brüsseldə bu gün NATO-Gürcüstan komissiyasının iclası nazirlər səviyyəsində keçiriləcək
Brüsseldə bu gün NATO-Gürcüstan komissiyasının iclası nazirlər səviyyəsində keçiriləcək
İclasda iştirak etmək üçün Gürcüstanın Təhlükəsizlik naziri Levan İzoriya Belçikadadır, o, partnyorlara Gürcüstanda cari islahatlar təqdim edəcək.
NATO-Gürcüstan komissiyasının iclası Tbilisi vaxtı ilə 18:15-də NATO-nun baş kativi İens Stoltenberqin salamlama sözləri ilə açılacaq. İclas və müzakirə olunacaq məsələlər barəsində İens Stoltenberq Birinci Kanalın jurnalistləri ilə danışdı.
“Biz Gürcüstanın partnyorluğunu müzakirə edirik. NATO-nun bütün üzvlərinə yenilənmiş məlumat çatdıracağıq. NATO-ya üzv olan ölkələr, müxtəlif proqramlarda iştirak etməyə davam edəcəklər ki, biz hazırda Gürcüstanla bərabər bunu edirik. Xüsusilə bu, NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə və birgə təlimlərə aiddir”, – İens Stoltenberq byan eti.
Bundan əlavə, Birinci Kanal NATO-nun baş katibinin xüsusi nümayəndəsi Ceyms Apaturla danışdı. O, bəyan etdi ki, Alyans Gürcüstanla bərabər bir çox şey etmək istəyir.