Brüsseldə bildirirlər ki, Ukrayna özünümüdafiə hüququna malikdir, bu da düşmən ərazisinə zərbələr endirməyi əhatə edir
Brüsseldə bildirirlər ki, Ukrayna özünümüdafiə hüququna malikdir, bu da düşmən ərazisinə zərbələr endirməyi əhatə edir

 
Brüsseldə bildirirlər ki, Ukrayna özünümüdafiə hüququna malikdir, bu da düşmən ərazisinə zərbələr endirməyi əhatə edir.

Bu haqda Avropa İttifaqının xarici siyasət qurumunun rəsmi nümayəndəsi Piter Stano bildirib.

O deyib ki, Ukraynanın qeyri-qanuni təcavüzün hədəfi olduğu və qanuni müdafiə müharibəsi aparmaq hüququna malik olması Brüsselin mövqeyidir.

Piter Stano, Ukraynanın Rusiya ərazisinə keçməsinə baxmayaraq, Brüsselin Ukrayna ilə bağlı rəsmi strategiyasının dəyişmədiyini bildirir.

Məlumat üçün bildirək ki, avqustun 6-dan Rusiyada Kursk vilayətində vəziyyət gərginləşib. Rus mediası, ukraynalı hərbçilərin Rusiyanın ərazisinə daxil olması haqda məlumat verir.