Brüsseldə Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və həyat yoldaşına hücum  edilib
Brüsseldə Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və həyat yoldaşına hücum edilib

Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və onun həyat yoldaşı Brüsseldə hücuma məruz qalıb.

Məlumata görə, iki təcavüzkar kirayə götürdüyü skuterdə səfirə və həyat yoldaşına yaxınlaşıb, onlardan biri başlarına tapança taxaraq, iki Rolex saatı və çantanı götürüb.

Belçika mətbuatının yazdığına görə, saatların qiyməti 90 min avrodur. Yerli mətbuat yazır ki, Hüseynzadənin həyat yoldaşı tapança ilə vurulduqdan sonra başından qan axıb. Ər müayinə üçün xəstəxanaya aparılıb. Brüssel prokurorluğu araşdırmanın aparıldığını təsdiqləsə də, əlavə şərh verməkdən imtina edib.