Bruno Balvanera - Gürcüstanda hidro-energetika sahəsini dəstəkləməyə davam edəcəyik
Avropanın Rekonstruksiya və İnkişaf Bankı (EBRD) Gürcüstanda hidro-energetika sahəsini dəstəkləməyə davam edəcək, – bu bəyanatı jurnalistlərə təşkilatın Cənubi Qafqaz üzrə direktoru Bruno Balvanera verdi.
Balvaneranın dediyinə görə, yüksək cərəyanlı elektrik ötürücü xəttlərin inşaatının maliyyələşdirilməsi davam edəcək.
Balvanera bəyan etdi ki, EBRD-nin direktorlar şurası “NenskraHES”-in maliyyələşdirilməsini bir səslə dəstəklədi.
“NenskraHES” üçün EBRD 230 milyon dollar ayırmağı planlaşdırır, 150 milyon dolları isə, Avropanın İnvestisiya Bankı ayıracaq. İndi isə, digər beynəlxalq maliyyə təşkilatlarının qərarını gözləyirik”, – dedi Balvanera.