Bruklin şəhərində Fələstini dəstəkləyən aksiyada polis bir neçə nəfəri saxladı

11:54, 19.05.2024

Bruklin şəhərində Fələstini dəstəkləyən aksiyada polis bir neçə nəfəri saxladı.Yayılan məlumata görə, nümayişdə 200-ə yaxın şəxs iştirak edirdi. Onlar Nyu-York küçələrində Fələstin bayraqları və dəstək şüarları ilə yürüş keçiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə bir neçə dəfə qarşıdurma epizodu da olub.

Son zamanda, Qəzzadaki müharibəyə qarşı Amerikanın 60-dan çox universitet və kollecində etiraz aksiyaları keçirilib.

Aksiya iştirakçıları Amerika hakimiyyətini İsrailə silah tədarükünü dayandırmağa çağırırlar.

Oxşar