Britaniyanın “Wanderlust” səyahət jurnalı Gürcüstanı 2022-ci ilin ən yaxşı turizm istiqaməti adlandırıb
Britaniyanın ən böyük səyahət jurnalı “Wanderlust” Gürcüstanı 2022-ci ilin ən yaxşı turizm istiqaməti adlandırıb.
“Wanderlust”ın illik “Most Desirable Emerging Destination” mükafatı Gürcüstan İqtisadiyyat Nazirliyinin Milli Turizm Administrasiyasına və Gürcüstanın Böyük Britaniyadakı səfirinə təqdim edilib.
Turizm Administrasiyası tərəfindən verilən məlumatda Britaniyanın nüfuzlu səyahət nəşrinin məqalələr və sorğular hazırladığı deyilir.
İdarədən verilən məlumatda bildirilir ki, Britaniya nəşri hər il ən yaxşı turistik istiqamətləri adlandırır. “Wanderlust” sayt vasitəsilə istiqamətlər haqqında məlumat paylaşmaqla oxuculara səfərləri planlaşdırmağa kömək edir.
Sosial şəbəkələrdə “Wanderlust”un 200 minə qədər abunəçisi var və hər bir materialı isə 100 minə qədər insan oxuyur.