Britaniyanın "Shell" neft şirkəti rus neft və qazını artıq almayacağını elan edib
Böyük Britaniyanın ən böyük neft şirkəti olan “Shell” Rusiyanın neft və qazını almaqdan imtina edir. Bu barədə şirkət öz saytında elan dərc edir.
“Shell” Rusiya layihələrindən mərhələli şəkildə ayrılacaq. İlk addım olaraq Rusiya xam neftinin alınması dayandırılacaq və şirkət Rusiyadakı texniki xidmət stansiyalarında aviasiya yanacağının istehsalını sonlandıracaq. Şirkət ötən həftədəki satınalmalara görə üzr istəyir, xatırladaq ki, buna görə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Shell” şirkətini tənqid edib.
“Biz ötən həftə benzin və dizel emalı üçün Rusiyadan xam neft partiyasını almaq qərarımızı yaxşı başa düşürük, satınalmanın tədarükün təhlükəsizliyi fonunda həyata keçirilməsinə baxmayaraq, bu düzgün deyildi və üzr istəyirik” -deyə bəyanatda deyilir.
Avropanın ən böyük neft şirkəti “Shell” Rusiyadan rekord endirimlə xam neft partiyası alıb. “Bloomberg”-in məlumatına görə, “Shell” nefti dünyanın ən böyük ticarət şirkətlərindən biri olan “Trafigura”-dan alıb və bir barel üçün bazar qiymətindən 28,50 dollar ucuz ödəyib.
Daha sonra Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitro Kuleba Tvitter vasitəsilə “Shell” şirkətinə müraciət edib: “Rusiya neftindən sizə Ukraynalıların qanının iyi gəlmir? Dünyanın bütün ağıllı insanlarını transmilli korporasiyaları Rusiya ilə bütün işgüzar əlaqələri dayandırmağa dair müraciət etməyə çağırıram”.