Britaniyanın səfirliyi - Aksiya və polis kordonu səbəbindən parlamentin yaxınlığında yerləşən Viza Müraciət Mərkəzi bu gün bağlanıb, mərkəz ziyarətçilərin qəbulu mümkün olduqda yenidən açılacaq
Britaniyanın səfirliyi - Aksiya və polis kordonu səbəbindən parlamentin yaxınlığında yerləşən Viza Müraciət Mərkəzi bu gün bağlanıb, mərkəz ziyarətçilərin qəbulu mümkün olduqda yenidən açılacaq

 
Böyük Britaniyanın Gürcüstandakı səfirliyi Viza Müraciət Mərkəzinin müvəqqəti olaraq bağlanması ilə bağlı bəyanat yayır.

Səfirlikdə aksiya və polis kordonu səbəbindən parlamentin yaxınlığında yerləşən Viza Müraciət Mərkəzinin bu gün bağlandığını izah edirlər.

“Diqqət, Viza Müraciət Mərkəzinin müvəqqəti olaraq bağlanması haqda önəmli izahat.

Birləşmiş Krallığın Tbilisidə parlamentin yaxınlığında yerləşən Viza Müraciət Mərkəzi səhər davam edən aksiya və polis kordonu səbəbindən bu gün bağlanıb.

Viza mərkəzi tərəfindən müraciət edən və cavab gözləyən hər bir şəxslə əlaqə saxlanılacaq.

Viza mərkəzi ziyarətçilərin qəbulu mümkün olduqda yenidən açılacaq” – Böyük Britaniyanın səfirliyində bildirirlər.