Britaniyanın müdafiə naziri - gücləndirilmiş Çin-Rusiya əlaqələri demokratiyanı təhdid edir
Britaniyanın müdafiə naziri - gücləndirilmiş Çin-Rusiya əlaqələri demokratiyanı təhdid edir

Gücləndirilmiş Çin-Rusiya əlaqələri demokratiyanı təhdid edir, – bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirdi.

Şapps Çin prezidenti Si Dzinpin və Rusiya prezidenti Vladimir Putin arasında son vaxtlar diplomatik əlaqələrin güclənməsindən dərin narahat olduğunu qeyd etdi və bunun demokratiyanı təhdid etdiyini dedi.

“Mən bundan çox narahatam, çünki unudmayın ki, bunlar demokratiyaya inanmayan iki ölkədir. Əgər sizdə belə bir vəziyyət varsa və onlar öz sistemini dünyanın qalan hissəsinə yaymağa çalışırlarsa, biz gözlərimizi geniş açmalıyıq və bunun həyat tərzimiz üçün birbaşa təhlükə olduğunu görməliyik”, -deyə Şapps bildirdi.

Xatırladaq ki, bir neçə gün əvvəl Vladimir Putin Çinə səfər etmişdi və burada Si Dzinpinlə görüş zamanı liderlər iki ölkə arasında tərəfdaşlığın “yeni mərhələsinə” başlamağa söz verdilər.