Britaniyanın Leyborist partiyasının lideri vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edir
Böyük Britaniyanın Leyborist partiyasının lideri, Ceremi Korbin vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edir. Onun dediyinə görə, seçkilər breksitə görə yaranmış dalandan çıxış yolu olacaq.
Nitqlə çıxış edərkən Ceremi Korbin qeyd etdi ki, yeni hökumətin yeniləşdirilmiş mandatı olacaqdır ki, Avropa İttifaqı ilə breksitin ən yaxşı şərtlərinin qəbulu üçün danışıqlar aparsın.
“Əgər siz bu qədər öz razılaşmanızdan razısınızsa, seçkilər təyin edin və xalqa imkan verin özləri qərar qəbul etsinlər”, – Ceremi Korbin bəyan etdi.
Böyük Britaniya Avropa İttifaqını martın 29-da tərk etməlidir.