Britaniyanın Xarici Siyasət İdarəsinin videosu - Gürcüstan, Rusiya aqressiyasının xronologiyasında (video)
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiya aqressiyasını əks etdirən videoçarx yaydı.
Videoçarxda Rusiyanın Gürcüstana qarşı aqressiyası da göstərilir.
Britaniya xarici İşlər Nazirliyinin rəsmi Twitter səhifəsində yayılan videoçarxda deyilir ki, Rusiya Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə hörmətsizlik edir.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılan videoçarxda təqdim edilən faktlar göstərir ki, Kreml beynəlxalq hüquqa əsaslanan sistemi pozmağa çalışır.
Britaniyanın Xarici Siyasət İdarəsi bəyan edir ki, Litvinenkonun öldürülməsindən sonra, martın 4-də Solsberi şəhərində baş verən zəhərləmə faktı Rusiya aqressiyasının davam etdiyini göstərir.
66 yaşlı Serqey Skripali 33 yaşlı qızı ilə bərabər Britaniyanın Solsberi şəhərində ölü tapıldı.
Polisin məlumatına görə, qatillər nerviləri paralizə edən maddədən istifadə ediblər.
Baş verən qətlə görə, Böyük Britaniya Rusiya ilə hər səviyyədə əlaqələrini dayandırdı.