Britaniyanın xarici işlər nazirinin Qazaxıstana səfəri zamanı neft ixracının alternativ yolu olaraq Gürcüstan ərazisindən keçən Orta Dəhlizdən istifadə edilməsindən danışıblar
B. Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Qazaxıstana səfəri zamanı qazax neftinin ixracı üçün alternativ yol olaraq Gürcüstan ərazisindən keçən Orta Dəhlizdən istifadə edilməsindən danışıblar.
Media Qazaxıstanda keçirilən görüşlərdən sonra B.Britaniyanın Xarici İşlər Nazirliyinin rəhbərinin Qazaxıstan hakimiyyətinin nümayəndələri ilə böyük hissəsi Rusiyanın ərazisindən istifadə edilməklə ixrac edilən qazax neftinin ixracının ləngiməsi məsələsini müzakirə etdiyini açıqlaması ilə bağlı məlumat yayır. Ceyms Kleverli Britaniyanın Qazaxıstana Rusiyadan yan keçən ixrac marşrutlarını inkişaf etdirməyə kömək edəcəyini bildirib.
“Euroactive” nəşrinin qeyd etdiyi kimi, Orta Dəhliz Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçir və potensialın artırılması üçün əhəmiyyətli investisiyalara ehtiyac duyur, hərçənd Qazaxıstan artıq Orta Dəhliz vasitəsilə bəzi xammalın daşınmasına başlayıb. 20 milyon əhalisi olan keçmiş Sovet ölkəsinin payına dünya uran istehsalının təxminən yarısı düşür və Qərbin ənənəvi olaraq Çin və ya Rusiyadan satın aldığı nadir mineralın böyük yataqlarına malikdir.