Britaniyanın Xarici İşlər Naziri - Kremlin ilk intervensiyası Krımda deyil, 2008-ci ildə Gürcüstanda baş verdi
Britaniyanın Xarici İşlər Naziri - Kremlin ilk intervensiyası Krımda deyil, 2008-ci ildə Gürcüstanda baş verdi

“2008-ci ildə, Rusiya tərəfindən Gürcüstanın işğalına zəyif cavabımız, daha sonra, 2014-cü ildə Krımın anneksiyasına gətirib çıxardı”, – bu barədə Böyük Britaniyanın Xarici İşlər Naziri Ceremi Hant, ABŞ-da sülh institutunda nitqlə çıxış edərkən bəyan etdi.

Onun dediyinə görə, Kremlin ilk intervensiyası Krımda deyil, 2008-ci ildə Gürcüstanda baş verdi.

“Beynəlxalq qaydaların formalaşdırılmış normaları daim Rusiya kimi böyük ölkələr tərəfindən pozulur. 2014-cü ildə Krımın işğalı, 1945-ci ildən sonra, Avropada silahlı qüvvələrin istifadəsi ilə ərazi birliyinin mənimsənməsinin ilk faktı oldu.

Ancaq faktır ki, Krımın işğalı Rusiyanın bu əsrdəki ilk intervensiyası deyil, çünki daha öncə 2008-ci ildə o Gürcüstanı işğal etmişdi” – dedi Ceremi Hant.

Sülh institutunda çıxış zamanı, Böyük Britaniyanın Xarici İşlər Naziri Ceremi Hant ABŞ və Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaların kooordinasiyası üçün müraciət etdi.