Britaniyanın BMT-dəki səfiri - Rusiyanın beynəlxalq hüquqları pozduğunu Gürcüstanda və Krımda görürük
Britaniyanın BMT-dəki səfiri - Rusiyanın beynəlxalq hüquqları pozduğunu Gürcüstanda və Krımda görürük

“Rusiya beynəlxalq normaları pozur və bunu Gürcüstanda və Krımda görürük” – bu bəyanatı Böyük Britaniyanın BMT-dəki nümayəndəsi Conatan Allen BMT-nin Fövqəladə Təhlükəsizlik iclasında verdi.

“Rusiya iqtidarı qətl cinayətlərini planlaşdırır və digər ölkələrin işlərinə qarışır. Rusiya günahsız əhalinin həyatlarını heçə sayır” – dedi Conatan Allen.

Böyük Britaniyanın nümayəndəsi Britaniya iqtidarının mövqeyini birdaha vurğuladı və Rusiyanın sabiq kəşfiyyat ofiseri Sergey Skripalinin ölümünün arxasımnda Rusiya iqtidarının durduğunu qeyd etdi.

“Bu məsələ ilə bağlı Rusiyadan əsaslı bir açıqlama ala bilmədik və hesab edirik ki, böyük ehtimalla Sergey Skripali və onun qızının zəhərlənməsi üçün Rusiya məsuliyyətlidir” – dedi Conatan allen.