Britaniyanın baş naziri kraliçəyə müraciət edir ki, sentyabrın ortalarında parlamentin fəaliyyətini dayandırsın
Britaniyanın baş naziri kraliçəyə müraciət edir ki, sentyabrın ortalarında parlamentin fəaliyyətini dayandırsın

Britaniyanın baş naziri kraliçəyə müraciət edir ki, sentyabrın ortalarında parlamentin fəaliyyətini dayandırsın.

Bu barədə məlumatı BBC yayır.

BBC-nin məlumatına görə, belə addımın atıldığı təqdirdə, deputatlar, oktyabrın 31-də iqtidara Avropa İttifaqını razılaşmasız tərk etməsinə mane olan qanunu qəbul edə bilməyəcəklər.

Parlament fəaliyyətinin dayandırılması təşəbbüsü ilə Boris Conson daha öncə də çıxırdı və bu təşəbbüs fikir ayrılığına səbəb olurdu.

İqtidar oponentləri bəyan edirlər ki, belə halda, deputatlar Breksit prosesində iştirak edə bilməyəcəklər və bu isə, demokratik normalar çərçivəsindən kənara çıxır.