Britaniyalı diplomatlar Moskvayı həftənin sonuna qədər tərk edəcəklər
Britaniyalı diplomatlar Moskvayı həftənin sonuna qədər tərk edəcəklər.
Bu barədə məlumatı Britaniyanın Moskvdadaki səfirliyi yayır.
Diplomatlarımız Rusiyayı həftənin sonuna qədər tərk edəcəklər. Əgər kimsə bizim Britaniyaya daha tez getməyimizi istəyirdə, daha tez gedərik” – deyilir səfirliyin bəyanatında.
Martın 17-də Rusiya, Britaniyadan rus diplomatların qovalanması faktı ilə bağlı Britaniyaya eyni cavabı verdi və ölkədən Britaniyalı diplomatların qovalanmasını elan etdi.
Daha öncə, Böyük Britaniyanın baş nazirinin qərarı ilə, Britaniyadan 23 rus diplomatı qovuldu.
Xatırladaq ki, Britaniya iqtidarı, Rusiya iqtidarını sabiq kəşfiyyatçı Sergey Skripalin öldürülməsində ittiham edir.