Britaniyada martın 23-dən sonra sutka ərzində Covid 19-dan ən az ölüm qeydə alınıb.Məlumatı BBC yayır.
Ölkənin Səhiyyə Nazirliyindən verilən məlumata əsasən,son 24 saat ərzində Covid 19-dan 77 pasiyent vəfat edib.Xəstəxanalarda Covid 19-dan dünyasını dəyişən pasiyentlərin sayı artıq 40 542-yə çatıb.
B.Britaniyada yeni növ koronavirusa 286 194 yoluxma halı aşkarlanıb.Son 24 saat ərzində Britaniya miqyasında 142 123 pasiyent Covid 19-la əlaqədar test olunub.
Hazırladı-Sevinc Mustafayeva