Britaniyada iki metrlik sosiyal məsafə bir metrliklə əvəz olunur
Britaniyada iki metrlik sosiyal məsafə bir metrliklə əvəz olunur

İnqiltərədə restoranlar, pivə məkanları və mehmanxanalar iyulun 4-dən açılır.

Britaniya iqtidarının qərarı ilə, koronavirusa görə, qoyulan məhdudiyyətlər həmçinin, gözəllik salonlarında, kinoteatrlarda, muzeylərdə, kitabxanalarda, açıq məşq yerlərində və oyun meydançlarında azaldılacaq.

Məhdudiyyətlər gecə klubları, qapalı idman zalları və basseyinlərdə qüvvədə qalacaq.

Həmçinin, teatral tamaşaların və konsertlərin keçirilməsi qadağan ediləcək.

Dini məkanlar 30 nəfərlik mərasimlər üçün açılacaq.

Britaniyanın baş naziri Boris Consonun bəyanatına görə, sosiyal məsafə qaydası dəyişirilir və iki metr yerinə bir metrlik sosiyal məsafənin qorunması tətbiq olunacaq.