Britaniya səfiri - sanksiyalarla əlaqədar güclü cavab gördüm, Gürcüstanda banklar sıx əməkdaşlıq edir, İqtisadiyyat və Maliyyə nazirlikləri sanksiyalardan yayınmağın mümkün olmaması üçün çalışırlar
Britaniya səfiri - sanksiyalarla əlaqədar güclü cavab gördüm, Gürcüstanda banklar sıx əməkdaşlıq edir, İqtisadiyyat və Maliyyə nazirlikləri sanksiyalardan yayınmağın mümkün olmaması üçün çalışırlar

 

“Gürcüstan Milli Bankı və kommersiya banklarının sıx əməkdaşlıq etməsi, İqtisadiyyat və Maliyyə nazirliklərinin sanksiyalardan yayınmağın mümkün olmaması üçün çalışması ilə mən maliyyə sanksiyalarına güclü reaksiya gördüm” -bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Mark Kleyton bildirib.

Onun sözlərinə görə, xüsusilə belə çətin dövrdə bütün Avropa ölkələrinin birgə işləməsi üçün Gürcüstan və Ukraynanın möhkəm əlaqələri və münasibətlərinin olması vacibdir.

“Gürcüstan Milli Bankı və kommersiya banklarının sıx əməkdaşlıq etməsi, İqtisadiyyat və Maliyyə nazirliklərinin sanksiyalardan yayınmağın mümkün olmaması üçün çalışması ilə mən maliyyə sanksiyalarına güclü reaksiya gördüm. Onu da bilirəm ki, İqtisadiyyat və Maliyyə nazirlikləri ticarət sanksiyalarından yan keçməmək üçün Gömrük Xidməti ilə çalışırlar. Dediyim kimi, Gürcüstanın özünə sanksiyalardan yan keçə bilinəcək bir yerə çevrilməsinə imkan verməməsi vacibdir.

Gürcüstan və Ukraynanın möhkəm əlaqələri və münasibətlərinin olması vacibdir, çünki Rusiyanın Ukraynaya təcavüzü və Avropada müharibəyə başladığı belə çətin bir dövrdə bütün Avropa ölkələrinin bu işğalın öhdəsindən gəlmək üçün birgə işləməsi vcibdir”-deyə Britaniya səfiri Birinci Kanala bildirib.