Britaniya 23 rus diplomatını ölkədən qovalayacaq, – bu barədə bəyanatı Britaniyanın baş naziri parlamentdə çıxış edərkən verdi.
Tereza Meyin dediyinə görə, bu qərar Solsberi şəhərində Rusiya kəşfiyyatının sabiq ofiseri Sergey Skripali və onun qızının zəhərlənməsindən sonra verildi.
Britaniya iqtidar bürosunun dediyinə görə, London, Rusiyada keçirilən 2018-ci ilin Dünya Futbol Çempionatını boykot edir, Rusiya Xarici İşlər Nazirinin Londona səfərini ləğv edir və Rusiya ilə hər səviyyədə əlaqələrini kəsir.
Martın 12-də Tereza Mey Moskvaya 24 saatlıq ultimatum verdi və sabiq rus kəşfiyyatçısı Sergey Skripali və onun qızının zəhərlənməsi ilə bağlı bir açıqlama tələb etdi, əks təqdirdə isə, sanksiyalarla təhdid etdi.
Birləşmiş Krallığın iqtidarı hesab edir ki, böyük ihtimalla, qeyd olunan cinayətdə Rusiya günahkardır.