Britaniya Covid-19-un aşkarlanması üçün iqtidar tərəfindən yaradılan aplikasiyadan artıq istifadə etməyəcək
Böyük Britaniya Covid-19-a yoluxanların kontaktlarının aşkarlanması üçün iqtidar tərəfindən yaradılan aplikasiyadan artıq istifadə etməyəcək.
Bu barədə bəyanatı İngiltərənin Səhiyyə Katibi Met Henkom verdi.
Britaniya iqtidarı tərəfindən üç ay və milyonlarla funt xərclənən aplikasiyayı amerikan şirkətləri “Google” və “Apple”-ın yeni versiyası əvəz edəcək, hansı ki, ehtimala görə, payiza qədər hazır olacaq.
“Qardian” nəşriyyatının məlumatına görə, iqtidar tərəfindən hazırlanan model işləyə bilmədi, çünki aplikasiya yoxlanmış texnologiyalarla hazırlanmamışdı.
Aplikasiya Milli Səhiyyə Sisteminin informasiya xidmətinin bazasında covid-19 simptomları olan şəxslərin qeydiyyatını nəzərdə tuturdu.
İqtidar tərəfindən yaradılan aplikasiya “Google” və “Apple” tərəfindən təsdiqlənmədi və buna görə də, mobil telefonların əksəriyyətində işləyə bilmədi.