Britaniya hökuməti ilin sonuna qədər Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmaq qərarına gəlib
Britaniya hökuməti ilin sonuna qədər Rusiyadan neft idxalını mərhələli şəkildə dayandırmaq qərarına gəlib

Britaniya hökuməti 2022-ci ilin sonuna qədər Rusiyadan neft və neft məhsullarının idxalını mərhələli şəkildə dayandırmaq qərarına gəlib. Bu barədə “BBC” məlumat yayıb.

Ölkə hökuməti deyir ki, keçid dövrü bazara, biznesə və təchizat zəncirlərinə Rusiya idxalını əvəz etmək üçün kifayət qədər vaxt verəcək. BBC-nin məlumatına görə, Rusiya nefti Böyük Britaniya tələbatının 8%-ni təşkil edir.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden bir müddət əvvəl Rusiya nefti, qazı və kömürünün idxalına tam qadağa qoyulduğunu açıqlamışdı.