Britaniya hökuməti hesab edir ki, RAF Fairford hərbi bazasında baş vermiş hadisədə İran iştirak edirdi

21:49, 30.09.2026

Britaniya hökuməti hesab edir ki, İran 5 nəfərin saxlanılması ilə nəticələnən RAF Fairford hadisəsində iştirak edirdi. Bu barədə Böyük Britaniyanın Baş naziri Endi Bernem bəyan edib.

Saxlanılanlar daha sonra girov müqabilində sərbəst buraxılıblar.

Şübhəlilərin niyə girov müqabilində sərbəst buraxıldığı barədə suala cavab olaraq Endi Barnem qeyd edib ki, onlara qarşı “ən sərt girov şərtləri” tətbiq olunur və Böyük Britaniya rəhbərliyi bu işi “ciddi nəzarət və daimi müşahidə altında” saxlayır”.

Bernem həmçinin bəyan edib ki, hökumət proseslərin necə getdiyini izah etmək üçün həftə boyu ABŞ-dakı həmkarları ilə danışıqlar aparıb və onun Britaniyanın təhlükəsizlik xidmətlərinə tam etibarı var.

“Bu barədə daha sonra daha ətraflı danışacağıq, lakin İranın bu məsələdə müəyyən rol oynadığına dair fikrimizi təsdiq edə bilərik. Əlbəttə ki, söhbət polisin hazırda apardığı mürəkkəb və ciddi təhqiqatdan gedir. Təbii ki, biz Amerika Birləşmiş Ştatlarındakı həmkarlarımızla sıx əməkdaşlıq edirik”, – Endi Bernhem bildirib.

Polisə Uelfordda, hərbi bazanın yaxınlığında yerləşən kənddə “üç şübhəli avtomobil” barədə məlumat verildikdən sonra sentyabrın 27-də beş kişi saxlanılıb. Saxlanılanlar 23-25 yaşlarında olan Böyük Britaniya vətəndaşlarıdır. Onlardan dördü Vestminsterdə, biri isə Kamdendə yaşayır. Onların yaşayış evlərində axtarış artıq başa çatıb.

İran saxlanılan şəxslərlə əlaqəsini və hadisədə iştirakını rədd edir.

RAF bazası onilliklər ərzində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən qabaqcıl əməliyyat məntəqəsi kimi istifadə edilib. Böyük Britaniyanın, Britaniya tərəfinin İrana qarşı müdafiə xarakterli zərbələr adlandırdığı məqsədlə bazadan istifadəyə dair ABŞ-ın tələbini təmin etməsindən sonra, son aylarda amerikalı bombardmançı təyyarələr sözügedən bazadan Yaxın Şərq istiqamətində havaya qalxıb.

Oxşar