Britaniya Gürcüstanda demokratiyanın inkişafı üçün əlavə 5.5 milyon qirvanka-sterlinq ayıracaq
“Böyük Britaniya Gürcüstanda demokratiyanın inkişafı üçün əlavə 5.5 milyon qirvanka-sterlinq ayıracaq, – bu barədə məlumatı Böyük Britaniyanın Xarici və BMT məsələləri üzrə dövlət naziri, lord Ahmad Uimbldon verdi.
Böyük Britaniya parlamentinin lordlar palatasında ilk dəfə Gürcüstan haqqında“Rusiyanın Gürcüstanın suverenliyinə hörmət etməsini və onun ərazisindən əsgərlərini çıxardmasını necə təmin edək” adlı müzakirə keçirildi. Qeyd olunan məsələ ilə bağlı suallara dövlət naziri Ahmad Uimbldon cavab verirdi.
Biz istəyirik ki, Gürcüstanda demokratiya stabil şəkildə inkişaf etsin. Bu məqsədlə, biz Gürcüstana 5,5 milyon qirvanka-sterlinq ayıracağıq və bu mövzu ilə bağlı Gürcüstan iqtidarı ilə iki tərəfli formatda danışıqlar aparırıq” – dedi Ahmad Uimbldon.